Bodensk gölünün dayazlaşması illərdir itkin düşmüş insanların çoxlu qalıqlarının tapılmasına səbəb olub.
Uzun müddət yağıntının olmaması səbəbindən su anbarının səviyyəsi xeyli aşağı düşüb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, İsveçrə hüquq-mühafizə orqanları təfərrüatları açıqlayıb.
Bodensk gölü 536 kvadrat kilometr ərazini əhatə edir və üç ölkənin - İsveçrə, Almaniya və Avstriyanın ərazisində yerləşir.
Son zamanlar su anbarı dayazlaşıb və sahil zonasının müxtəlif yerlərində insan qalıqlarına rast gəlinməyə başlayıb. Söhbət 103 ölüdən gedir.
Onların hər biri ilə bağlı araşdırma aparılır. Onlar şəxsiyyəti, ölüm səbəbi və digər məsələlər dəqiqləşdirilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının qeyd etdiyi kimi, “sirr bəlli olub”, lakin qarşıda hələ çox iş var.
Göl turistlər və su idmanı həvəskarları arasında məşhurdur. Burada hər il bir neçə insan ölür. Əsas səbəb boğulmadır.
Hüquq-mühafizə orqanlarında burada istirahət edərkən itkin düşən 10 nəfərlə bağlı məlumat var. Onların bəziləri on ildir itkin düşüb.
Azərbaycanpolisi.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































