“WhatsApp”da bu işarə varsa mesajları başqası oxuyur

“WhatsApp”da bu işarə varsa mesajları başqası oxuyur

“WhatsApp”ın istifadəçi məxfiliyini gücləndirmək istiqamətində atdığı addım müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, “WhatsApp” mesajlaşma təhlükəsizliyini artırmaq üçün “üçüncü mavi işarə” adlı yeni funksiyanı əlçatan etmişdi. Yeni funksiya mesajın üçüncü tərəf tərəfindən oxunduğunu ortaya qoyur. Bu yenilik, xüsusilə mesajlar qrup çatlarında yönləndirildikdə və ya paylaşıldıqda istifadəçiyə əlavə nəzarət təklif edir. Mövcud “WhatsApp” sistemində tək boz işarə mesajın göndərildiyini, ikiqat boz işarə onun qəbul edildiyini, ikiqat mavi işarə isə oxunduğunu bildirir. Yenilik sayəsində mesaj başqası tərəfindən görülərsə, üçüncü mavi işarə görünəcək. Bu yolla mesajın orijinal ünvanından gəlmədiyini anlamaq mümkün olacaq. Sosial mediada ortaya atılan iddialara görə, mesajların yanındakı üç mavi işarə mesajların hüquq-mühafizə qurumları tərəfindən oxunduğunu bildirir. Əgər mavi işarələrdən biri qırmızıya çevrilirsə, bu, mesajın nəzərdən keçirildiyini bildirir. Lakin iddialar təsdiqini tapmayıb.

Üçüncü mavi işarə funksiyasından istifadə etmək üçün “WhatsApp”ın son versiyası quraşdırılmalıdır. Yeniləmədən sonra tətbiqin “Parametrlər” menyusundan “Məxfilik” pəncərəsinə daxil olaraq funksiya aktivləşdirilə bilər.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az