Bakıda liseyin müəllimi vəfat etdi

Bakıda liseyin müəllimi vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) nəzdində "Gənc istedadlar" liseyinin təsviri incəsənət müəllimi Xalidə Musayeva uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Yenisabah.az xəbər verir ki, Xalidə Musayeva 1964-cü il aprelin 18-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 1984-1989-cu illərdə Azərbaycan Dovlət İncəsənət İnstitutunun Dekorativ tətbiqi sənət fakültəsində "Xalçaçılıq" ixtisası üzrə təhsil alıb, görkəmli Xalq rəssamı Lətif Kərimovun tələbəsi olub.

1989-cu ildə rəssam kimi peşəkar fəaliyyətinə Xalq rəssamı Eldar Mikayılzadənin yaratdığı Bakı Kooperativ "Xal" Şirkətinə rəssam vəzifəsinə təyin olunmaqla başlayıb. 1989-1993-cü illərdə Qafqaz Müsəlmanları İdarəsinin Mədəniyyət şöbəsində işləyib. 1993-2000-ci illərdə Bakı Sənaye Texnoloji Texnikumunda dekorativ-tətbiqi sənət müəllimi, 2000-2001-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəsm kafedrasında rəsm müəllimi vəzifələrində çalışıb. 2012-ci ildə baș müəllim vəzifəsinə təyin olunub. 2016-cı ildən BDU-nun nəzdində "Gənc istedadlar" liseyində Təsviri incəsənət müəllimi vəzifəsinə təyin olunub.

Xalidə Musayeva 36 illik rəssamlıq va pedaqoji fəaliyyəti boyu yüzlərlə istedadlı tələbə, şagird və rəssam yetişdirib.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az