Ötən ilin əvvəlində təbii neft hasilatının səviyyəsini nəzərə alaraq, Azərbaycanın neft ehtiyatları ölkəyə hələ 25 ilə yaxın bəs edəcək.
Oxuməni.az yerli mətbuata istinadən xəbər verir ki, "Fitch Ratings" BP ilə birgə apardığı hesablamalar nəticəsində belə qənaətə gəlib. Beynəlxalq agentlik bildirir ki, bu göstəriciyə görə, Azərbaycan dünyada 11-ci yerdə qərarlaşıb. Sözügedən göstərici üzrə ilk üçlüyə Küveyt, İraq və Kanada daxildir. 2020-ci ilin əvvəlində təbii qaz hasilatının səviyyəsini nəzərə alan "Fitch" onu da bildirib ki, Azərbaycanın təbii qaz ehtiyatları daha 120 ilə çatacaq. Beynəlxalq agentlik qeyd edir ki, bu göstərici üzrə Azərbaycan yalnız Qətərə uduzur və dünya liderlərindən biridir. Qazaxıstanın qaz ehtiyatları üzrə hasilatı nəzərə alınsa, o, Azərbaycan ilə eyni səviyyədədir.
Xatırladaq ki, 2019-cu ildə Azərbaycanda 37,5 mln. ton, 2020-ci ildə 34,6 mln. ton neft, 37,14 mlrd. kubmetr və 35,6 mlrd.kubmetr isə qaz istehsal edilib.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































