Böyükşor gölündə ümumi gücü 100 kVt təşkil edən üzən günəş stansiyasının tikintisinə dair pilot layihə üzrə işlərə başlanması ilə bağlı ilk görüş keçirilib. Görüşdə layihə üzrə satınalınma müsabiqəsinin qalibi "Gamma Solutions" şirkətinin layihə ilə bağlı iş prinsipləri, səfərbər etdiyi işçi heyəti, layihənin icra qrafiki təqdim edilib və görüləcək işlər barədə müzakirələr aparılıb.
Oxuməni.az-a Energetika Nazirliyindən bildirilib ki, tədbirdə nazirliyin, "Təmiz Şəhər" ASC-nin, Asiya İnkişaf Bankının və layihə üzrə məsləhətçi şirkətin nümayəndələri iştirak ediblər.
Məlumat üçün bildiririk ki, "Gamma Solutions" şirkəti üzən günəş stansiyasının mühəndisliyi, satınalınması, tikintisi, iki il müddətinə istismarı və texniki xidmətinin göstərilməsi üçün keçirilmiş satınalma müsabiqəsinin nəticəsində müəyyən edilib. Müsabiqədə beynəlxalq şirkətlərlə yanaşı, yerli şirkətlər də iştirak ediblər. Satınalma işləri layihənin məsləhətçisi "EQO-NIXUS" şirkəti tərəfindən yerinə yetirilib və layihə üzrə qəbul edilmiş təkliflərin qiymətləndirilməsi nəticəsində "Gamma Solutions" beynəlxalq şirkəti satınalma müsabiqəsinin qalibi elan olunub və şirkətlə müqavilə imzalanıb. Stansiyanın tikintisinin yerli şirkətlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, layihə Asiya İnkişaf Bankının Bilik və Dəstəyin Göstərilməsi üzrə Texniki Yardım proqramı çərçivəsində həyata keçirilən Azərbaycan, Qırğızıstan və Əfqanıstanı əhatə edən "Üzən Günəş Enerji Sistemlərinin İnkişafı" regional layihəsi çərçivəsində reallaşdırılır.
Həmid
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































