Sosial şəbəkələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda işçilərin kütləvi şəkildə ixtisar edilməsi barədə məlumatlar paylaşılır. Bildirilir ki, dövlət qurumunda son 2 ayda 1200-ə yaxın işçi işdən azad edilib.
Oxuməni az-ın verdiyi xəbərə görə, Məsələ ilə bağlı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov axar.az-a açıqlamasında bildirib ki, nazirlikdə ixtisarların olması barədə onun da məlumatı var:
"Nazirlikdə ixtisarların olduğunu eşitsəm də, işdən çıxarılanların sayının 1200 nəfər olması barədə məlumatım yoxdur. Nazirliyin sistemində islahalatlar aparılır və tabeliyindəki bəzi dövlət qurumları publik hüquqi şəxslərə çevrilib. Dövlət Sosial Müdafiə Fondunda hansısa dəyişiliklər baş verir. Lakin bu dəyişikliklər işçilərin ixtisarına səbəb olmamalıdır. Publik hüquqi şəxsə çevrilmək işçilərin ixtisarı demək deyil, sadəcə işçilərin statusu dəyişməlidir. Əvvəl dövlət qulluqçusu idilər, indi isə dövlətin təsisçisi olduğu publik hüquqi şəxsin əməkdaşı sayılırlar. Əmək qanunvericiliyi ilə yanaşsaq, əvvəl onların fəaliyyətini Dövlət Qulluğu haqqında qanun tənzimləyirdi. İndi isə publik hüquqi şəxs olduğu üçün bu məsələlər Əmək Məcəlləsi ilə tənzimlənir. Əmək Məcəlləsində isə müəssisənin hüquqi statusunun dəyişməsinin işçilərin əmək müqaviləsinə xitam verilməsinə səbəb olmaması bildirilir. İşçilərin əmək funksiyaları qalırsa, onlar ixtisar olunmamalıdır".
Oxuməni.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























