Şirvan şəhərində qeydiyyatdan keçmiş və nizamnamə kapitalı 20 AZN olan "Sevinc-96" MMC 2021-ci ilin yanvarında 32,14 milyon manatlıq 10 tenderdə qalib gəlib.
Oxuməni.az xəbər verir ki, ən böyük tender müqaviləsi Füzuli Suvarma Sistemləri İdarəsi ilə bağlanıb. Məlumata görə yanvarın 29-u imzalanmış müqavilənin dəyəri 29,9 milyon manatdır. Qeyd edək ki, adıçəkilən şirkət 2020-ci ilin noyabrında MMC statusu alıb.
Azpolitika.info-nun yazdığına görə, şirkətin qanuni təmsilçisi Yusuf Camal oğlu Haciyev olsa da, MMC-nin əslində Salyanda Hacı Qurban kimi tanınan Qurban Abbasov adlı iş adamına məxsusdur. Qurban Abbasovun şirkətləri davamlı olaraq "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin tenderlərini qazanır.
Oxuməni.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































