Prezident İlham Əliyev Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Oxuməni.az fərmanın mətnini təqdim edir:
1. "Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).
2. "Qarabağ Dirçəliş Fondunun strukturu" təsdiq edilsin (əlavə olunur).
3. Müəyyən edilsin ki, Qarabağ Dirçəliş Fondunun (bundan sonra – Fond) nizamnamə fondu 1 (bir) milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşdırılır.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
5. Fond:
5.1. əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin;
5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 3-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































