Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi "SOCAR Trading" şirkəti Belarus Neft Şirkəti (BNK) ilə Azərbaycan neftinin, eləcə də potensial olaraq digər neft növlərinin Belarus neft emalı zavodlarına tədarükü üçün uzunmüddətli müqavilə imzalayıb.
Oxuməni.az xəbər verir ki, müqavilə gələcəkdə daha uzun müddətə uzadılması imkanı ilə bir il müddətinə imzalanıb.
2020-ci ildə "SOCAR Trading" artıq Belarusa bir milyon ton "Azeri Light" və digər növ neft tədarük edib. Məlumatlara görə, 2021-ci ildə Belarus neft emalı zavodlarına neft tədarükünün həcmi eyni və ya daha çox ola bilər.
Qeyd edək ki, "SOCAR Trading" dünyanın 100-dən çox neftayırma zavoduna neft tədarük edir və bütün əsas beynəlxalq bazarlarda mövcuddur. Bu gün "SOCAR Trading" ən böyük ticarət şirkətlərindən biridir və satdığı neftin böyük hissəsi Azərbaycanda hasil edilməyən neftdir.
Hazırda Belarus əsas və ənənəvi tədarükçü olan Rusiya ilə neft qiymətləri ilə bağlı vaxtaşırı mübahisələrin yaranması fonunda iki neftayırma zavodu üçün xammal alışını diversifikasiya edir. Rusiya neftini "Drujba" magistral neft kəməri və dəmir yolu vasitəsilə almağa davam edən Belarus, xammalın bu neftayırma zavodlarına daşınması üçün alternativ tədarük marşrutları ilə də işləyir. Neft dəniz yolu ilə Klaypeda və Odessa limanları vasitəsilə tədarük edilir. Odessa limanından neftin tədarükü Odessa-Brodı magistral neft kəmərindən və daha sonra "Drujba" boru kəmərinin xətlərindən biri olan Mozır neft emalı zavoduna, Klaypeda limanından isə neft dəmir yolu xətti ilə Naftandan Novopolotska çatdırılır.
Oxuməni.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























