Azərbaycan Ordusunun Vətən müharibəsindəki qələbəsindən sonra ermənilər Xankəndindəki evlərini satışa çıxarıblar. Belə ki, ermənilər daşınmaz əmlakın satışı və icarəsi ilə ixtisaslaşan "List.am"da mənzillərin satışı ilə bağlı çoxsaylı elan yerləşdiriblər. Maraqlıdır, bu evləri kimlər və necə ala bilər?
Oxuməni.az xəbər verir ki, məsələ ilə bağlıtanınmış hüquqşünas, Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov axar.az-a verdiyi açıqlamasında deyib ki, söhbət tanınmamış "dqr"in verdiyi "kupça"lardan gedirsə, heç bir alğı-satqı əməliyyatı həyata keçirilə bilməz:
"Çünki sözügedən qurumun müstəqilliyini Ermənistan özü belə tanımır. Bu mənada "dqr"in tanınmayan qanunları da, bu qanunlarla verilən mənzillərin sənədləri də heç yerdə qəbul edilmir. Cənab Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, keçmiş Dağlıq Qarabağın statusundan söhbət gedə bilməz. Bu o deməkdir ki, Azərbaycan hökuməti orada bərqərar olunandan sonra həmin sənədlər etibarsız sayılacaq. Azərbaycan həmin ərazidə bu gün həyata keçirilən bütün mənzil alğı-satqıları ilə bağlı əsaslı tədbirlər görəcək. Bu mənada Xankəndi ərazisində keçmiş "dqr"in verdiyi sənədlərlə həyata keçirilən alğı-satqı əməliyyatları gələcəkdə ləğv ediləcək".
Oxuməni.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























