Bakıda kifayət qədər bahalı torpaq sahələri var. Misal üçün, bütünlükdə alqı-satqı elanlarına, internet resurslarına qoyulmasa da, bu gün şəhərin mərkəzi hissələrində təqribən bir hektarı 60-65 milyon manata təklif olunan torpaq sahələrinə rast gəlinir.
Oxuməni.az xəbər verir ki, bunu əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı trend-ə deyib.
R.Osmanlının sözlərinə görə, həmin bahalı torpaq sahələri Səbail rayonunda dənizkənarı əraziyə yaxın yerdə yerləşir və xüsusi mülkiyyətdə olan torpaq sahələridir:
"Bu cür bahalı torpaq sahələrinə tələb aşağıdır, amma hektarı təqribən 3-3.5 milyon manat olan torpaq sahələrinə tələbat var və belə torpaq sahələri tapmaq çətindir. Belə torpaq sahələri çoxmənzilli bina tikintisi üçün olduqca qənaətbəxş hesab olunur və kifayət qədər likvid ərazidir. Həmin ərazidə həm mənzilə, həm də kommersiya təyinatlı obyektlərə tələbat yüksəkdir. O torpaq sahələrinin qiymətinin yüksək olması da bu səbəbdəndir".
Ucuz torpaq sahələrinə gəlincə isə, R.Osmanlı bildirib ki, bu cür torpaq sahələrinin bir sotunun qiyməti minimum 3000-3500 manatdan başlayır və həmin torpaq sahələri daha çox şəhərkənarı ərazilərdə yerləşir.
Oxuməni.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























