Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Pakistana ölkədə yaranmış təbii qaz böhranından çıxmağa kömək edəcək.
Oxuməni.az-ın verdiyi məlumata görə, çox güman ki, 2021-ci ilin yanvarında Pakistan ciddi şəkildə qaz böhranı ilə üzləşə bilər.
Buna səbəb isə gələn ilin yanvar ayının ilk yarısı üçün beynəlxalq mayeləşdirilmiş təbii qaz (LNG) tədarükçüləri tərəfindən təkliflərin verməməsidir. Yaxud da ki, daha yüksək qiymətlər təklif etməsi olub.
Pakistan gələn ilin yanvar-fevral ayları üçün də artıq LNG yükünün idxalı üçün müraciət edib və qaliblər müəyyən edilib.
Belə ki, SOCAR-ın təklif etdiyi qiymət "Brent" markalı neftin qiymətinə nisbətdə 20,4832 % təşkil edib. Şirkətin LNG qazının tədarükü üçün çatdırılma müddəti 29 yanvar-1 fevral tarixləri müəyyən olunub.
Digər tədarükçü şirkət isə "Trafigura" olub. Bu şirkətin iki müraciəti qəbul edilib. Şirkətin təklif etdiyi qiymət "Brent" markalı neftin qiymətinə nisbətdə 27,2727 % təşkil edib. Şirkətin LNG qazının tədarükü üçün çatdırılma müddəti 20-21 yanvar müəyyən olunub. İkinci lot üzrə isə təklif edilən qiymət "Brent" markalı neftin qiymətinə nisbətdə 33,9499 % təşkil edib. Şirkətin LNG qazının tədarükü üçün çatdırılma müddəti 29 yanvar-1 fevral tarixləri müəyyən olunub.
"Energy Asia/ENOC" şirkətinin LNG-nin təklif etdiyi qiymət "Brent" markalı neftin qiymətinə nisbətdə 24,8888 % təşkil edib. "Vitol" şirkətinin təklif etdiyi LNG-nin qiyməti "Brent" markalı neftin qiymətinə nisbətdə 24,4321 % təşkil edib. Hər iki şirkətin LNG qazının tədarükü üçün çatdırılma müddəti 29 yanvar-1 fevral tarixləri müəyyən olunub.
Keçirilən hərraclarda ən ucuz LNG-ni təklif edən şirkət isə "Qatar Petroleum" olub. Belə ki, Qatar şirkəti 3 dəfə ölkəyə LNG partiyası gətirəcək. Belə ki, şirkətin təklif etdiyi qiymət "Brent" markalı neftin qiymətinə nisbətdə 17,3203 % təşkil edib. Qazın tədarükü üçün çatdırılma müddəti də 20-21 yanvar tarixləri müəyyən olunub. İkinci lot üzrə şirkətin təklif etdiyi LNG-nin qiyməti "Brent" markalı neftin qiymətinə nisbətdə 17,3207 %, üçüncü lot üzrə isə 15,3209 % təşkil edib. İkinci və üçüncü partiya LNG qazının tədarükü üçün çatdırılma müddəti 26-27 yanvar və 29 yanvar-1 fevral tarixləri müəyyən olunub.
Səda
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































