"İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Ənzəli dəmiryolu xəttinin istismara verilməsi ilə Fars körfəzi dəmiryolu vasitəsi ilə Xəzər dənizinə birləşəcək".
Oxuməni.az xəbər verir ki, bunu İranın Nəqliyyat İnfrastrukturlarının inşası və inkişaf etdirilməsi şirkətinin direktor müavini Abbas Xətibi Fars informasiya agentliyinə açıqlamasında deyib.
A.Xətibinin sözlərinə görə, Rəşt şəhərindən Ənzəli şəhərində Kaspian limanınadək dəmiryolu xəttinin uzunluğu 37 kilometrdir.
Xətibi əlavə edib ki, indiyədək bu dəmiryolu xəttinin inşasına 22,9 trilyon rial (təxminən 545 milyon dollar) vəsait yatırılıb və inşa işlərində 25% irəliləyiş var.
Şirkət rəsmisi bildirib ki, daha 4 trilyon rial (təxminən 95,2 milyon dollar) vəsaitin yatırılması ilə bu dəmiryolu gələn ilin 2-ci ayında (21 aprel -21 may 2021) istismara veriləcək.
Xətibi deyib ki, ümumilikdə İranda 13,9 min kilometr uzunluğunda dəmiryolu xətlərindən istifadə olunur. 3,35 min km uzunluğunda dəmiryolu xətləri inşa edilməkdədir. Həmçinin 6,31 min km uzunluğunda dəmiryolu xəttinin inşa olunması ilə əlaqədar araşdırmalar aparılır.
Səttar
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























