Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) OPEC-dən çıxmaq fikrindədir.
Oxuməni.az xəbər verir ki, BƏƏ buna səbəb kimi OPEC-in ölkələr üzrə istehsal hədəflərini ədalətli şəkildə bölüşdürmədiyini göstərir. Bu xəbər koalisiyanın istehsalın bərpasını müzakirə etdiyi danışıqlar zamanı yayılıb.
"OPEC+"un daxili problemlərlə üzləşdiyi bir vaxtda isə neft qiymətləri son 2 ayın ən yüksək səviyyəsindən geriləməyə başlayıb.
Qeyd edək ki, hazırda OPEC-ə 13 ölkə üzvdür. Bunlar Əlcəzair, Anqola, Konqo, Ekvatorial Qvineya, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesueladır.
OPEC-ə qeyri-üzv olan Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan isə təşkilatla "OPEC+" formatında sıx əməkdaşlıq edir. "OPEC+" əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır.
Oxuməni.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























