"Prezident İlham Əliyevin Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncama əsasən, yeni yolda layihələndirmə və tikinti işləri eyni anda aparılır".
Oxuməni.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli report-a açıqlamasında deyib. Onun sözlərinə görə, 101,5 km-lik yol I texniki dərəcəyə uyğun tikilir. Onun eni 40 metr olacaq. Yolda gediş-gəlişli olmaq 4 əsas, 2 isə əlavə, ümumilikdə 6 hərəkət zolağının inşası nəzərdə tutulub.
"Qarşıdan qış mövsümü gəlir, iş açıq hava şəraitində işlər aparılır. Gələn il Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun tikintisinin yekunlaşdırılması planlaşdırılır. Yolun bir hissəsini tikib qurtardıqdan sonra nəqliyyat vasitələrinin hərəkətinə imkan yaradılacaq. Yolun tikintisinə həm yerli, həm də xarici mütəxəssislərin, podratçı şirkətlərin cəlb edilməsi nəzərdə tutulur", - o qeyd edib.
Xatırladaq ki, sözügedən sərəncamla bu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan AAYDA-ya ilkin olaraq 50 milyon manat ayrılıb.
Noyabrın 16-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Onlar yeni layihənin icrasının gedişi ilə tanış olublar.
Elmar
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























