Bu ilin yanvar-sentyabr aylarında Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından təqribən 13,3 mlrd. kubmetr qaz hasil edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9% çoxdur.
"Oxuməni.az-ın verdiyi məlumata görə, hesabat dövrü yataqda 2,7 mln. ton (21,6 mln. barel) kondensat hasil edilib ki, bu da illik müqayisədə 3,85% artım deməkdir.
Məlumata əsasən, hasilat "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından aparılıb.
Hesabata əsasən, 2020-ci ilin ilk üç rübü ərzində "Şahdəniz" üzrə fəaliyyətlərə 620 mln. ABŞ dolları yaxın əməliyyat xərcləri və 719 mln. dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aid olub.
Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































