Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı müzakirə edilib

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı müzakirə edilib
Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin Ticarət naziri Ruhsar Pekcan arasında onlayn formatda görüş keçirilib. Azərbaycan İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə İqtisadiyyat naziri vurğulayıb ki, hər iki ölkənin dövlət başçılarının səmimi münasibətləri Azərbaycan-Türkiyə əməkdaşlığının inkişafını şərtləndirən əsas amillərdəndir və dostluğa, qardaşlığa əsaslanan əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Mikayıl Cabbarov Türkiyənin hər zaman Azərbaycan xalqının yanında olduğunu, ölkəmizin haqlı mövqeyinə qəti və birmənalı dəstək göstərdiyini, “Bir millət, iki dövlət” olaraq daim sevincimizi və kədərimizi bölüşdüyünü qeyd edib, Türkiyəli həmkarına və Türkiyə xalqına təşəkkürünü bildirib. Qeyd olunub ki, iqtisadi-ticarət əlaqələrimiz genişlənir, Azərbaycan və Türkiyə regional və beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələrini uğurla həyata keçirirlər. Bununla belə, iki qardaş ölkə arasında iqtisadiyyatın bir çox sahələrində, o cümlədən investisiya, enerji, sənaye, nəqliyyat, İKT, kənd təsərrüfatı, ticarət, təhsil və s. sahələrdə əməkdaşlığın inkişafı imkanları genişdir. Bildirilib ki, son dövrlərdə Azərbaycan ərazisindən keçməklə Türkiyədən Asiyaya və əks istiqamətdə daşınan tranzit yüklərin həcmində əhəmiyyətli artım müşahidə edilir və yükdaşımaların daha da artırılması üçün birgə səylər göstəriləcəkdir. Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyət istiqamətləri barədə məlumat verən İqtisadiyyat naziri Türkiyə ilə qarşılıqlı investisiya qoyuluşlarının artmasında önəmli platforma olduğunu diqqətə çatdırıb. Görüşdə Azərbaycanın qardaş Türkiyə ilə qarşılıqlı ticarət dövriyyəsinin artırılmasında maraqlı olduğu, Naxçıvan Muxtar Respublikasında Türkiyənin ticarət müşavirinin fəaliyyətə başlamasının bu sahədə əlaqələrin genişlənməsində əhəmiyyəti qeyd edilib. Türkiyənin Ticarət naziri Ruhsar Pekcan qələbə münasibətilə İqtisadiyyat naziri Mikayıl Cabbarovu və Azərbaycan xalqını təbrik edib, Azərbaycanın bu zəfərinin Türkiyədə böyük ruh yüksəkliyi və sevinclə qarşılandığını vurğulayıb. Bildirilib ki, Türkiyə şirkətləri Azərbaycana investisiya yatırmaqda, işğaldan azad edilmiş ərazilərində həyata keçiriləcək quruculuq layihələrində iştirakda maraqlıdır. Görüşdə Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinin icrası, iqtisadi əlaqələrin inkişaf perspektivləri, investisiya, inşaat, ticarət, nəqliyyat-tranzit və digər sahələrdə əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin Ticarət naziri Ruhsar Pekcan arasında onlayn formatda görüş keçirilib.

Oxuməni.az-a Azərbaycan İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə İqtisadiyyat naziri vurğulayıb ki, hər iki ölkənin dövlət başçılarının səmimi münasibətləri Azərbaycan-Türkiyə əməkdaşlığının inkişafını şərtləndirən əsas amillərdəndir və dostluğa, qardaşlığa əsaslanan əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Mikayıl Cabbarov Türkiyənin hər zaman Azərbaycan xalqının yanında olduğunu, ölkəmizin haqlı mövqeyinə qəti və birmənalı dəstək göstərdiyini, "Bir millət, iki dövlət" olaraq daim sevincimizi və kədərimizi bölüşdüyünü qeyd edib, Türkiyəli həmkarına və Türkiyə xalqına təşəkkürünü bildirib. Qeyd olunub ki, iqtisadi-ticarət əlaqələrimiz genişlənir, Azərbaycan və Türkiyə regional və beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələrini uğurla həyata keçirirlər. Bununla belə, iki qardaş ölkə arasında iqtisadiyyatın bir çox sahələrində, o cümlədən investisiya, enerji, sənaye, nəqliyyat, İKT, kənd təsərrüfatı, ticarət, təhsil və s. sahələrdə əməkdaşlığın inkişafı imkanları genişdir.

Bildirilib ki, son dövrlərdə Azərbaycan ərazisindən keçməklə Türkiyədən Asiyaya və əks istiqamətdə daşınan tranzit yüklərin həcmində əhəmiyyətli artım müşahidə edilir və yükdaşımaların daha da artırılması üçün birgə səylər göstəriləcəkdir. Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyət istiqamətləri barədə məlumat verən İqtisadiyyat naziri Türkiyə ilə qarşılıqlı investisiya qoyuluşlarının artmasında önəmli platforma olduğunu diqqətə çatdırıb. Görüşdə Azərbaycanın qardaş Türkiyə ilə qarşılıqlı ticarət dövriyyəsinin artırılmasında maraqlı olduğu, Naxçıvan Muxtar Respublikasında Türkiyənin ticarət müşavirinin fəaliyyətə başlamasının bu sahədə əlaqələrin genişlənməsində əhəmiyyəti qeyd edilib.

Türkiyənin Ticarət naziri Ruhsar Pekcan qələbə münasibətilə İqtisadiyyat naziri Mikayıl Cabbarovu və Azərbaycan xalqını təbrik edib, Azərbaycanın bu zəfərinin Türkiyədə böyük ruh yüksəkliyi və sevinclə qarşılandığını vurğulayıb. Bildirilib ki, Türkiyə şirkətləri Azərbaycana investisiya yatırmaqda, işğaldan azad edilmiş ərazilərində həyata keçiriləcək quruculuq layihələrində iştirakda maraqlıdır.

Görüşdə Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinin icrası, iqtisadi əlaqələrin inkişaf perspektivləri, investisiya, inşaat, ticarət, nəqliyyat-tranzit və digər sahələrdə əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Rüfət

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az