Noyabrın 5-10-da Şanxayda Azərbaycanın da iştirakı ilə keçirilmiş 3-cü Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində ümumilikdə 72,62 milyard ABŞ dolları dəyərində ticarət və xidmət razılaşmaları əldə olunub.
Oxuməni.az xəbər verir ki, bu göstərici ötənilki sərgidə əldə olunan nəticə ilə müqayisədə 2,1 faiz çoxdur. Təşkilat komitəsi pandemiya dövrünə təsadüf edən builki sərgidə əldə olunan nəticədən razıdır.
ÇXR-in Sədri Si Cinpinin himayəsi ilə keçirilən sərgi idxal məhsullarının və xidmətlərinin Çin bazarına daxil olmasını təşviq etmək və bu işə dəstək məqsədi daşıyır. Şanxay sərgisi dünyada ölkə səviyyəsində keçirilən ilk böyük idxal sərgisidir.
Qeyd edək ki, Azərbaycan bu il Çin Beynəlxalq İdxal Sərgisində vahid ölkə pavilyonu ilə təmsil olunan azsaylı dövlərdən biri olub. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və ölkəmizin Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə 20-dən çox şirkətə aid nar şirəsi, fındıq, şərab və digər spirtli içkilər, meyvə distilyatları, mineral sular, qənnadı məmulatlar, un məmulatları, çay, mürəbbə, kompot, limonad, meyvə quruları və sair məhsullar sərgidə təqdim edilib. Azərbaycan məhsullarına əsasən idxalçılardan ibarət sərgi ziyarətçilərinin marağı böyük olub.
Xüsusi qeyd olunmalıdır ki, pandemiya səbəbindən bu il sərgidə daha az ölkə milli pavilyonu ilə təmsil edilib. MDB məkanından ən böyük ölkə pavilyonu isə Azərbaycana məxsus olub.
Sərgi zamanı Azərbaycan məhsullarının Çinə ixracının artırılmasına dair müzakirələr aparılıb, potensial idxalçılarla görüşlər keçirilib.
Anar
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























