Yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin eyni dövrünə nisbətən 102,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101 faiz təşkil edib.
Oxuməni.az-a Dövlət Statistika Komitəsindən bildirilib ki, cari ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, keçən ilin eyni ayına nisbətən 102,3 faiz olub. Oktyabrda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, ötən ilin oktyabr ayına nisbətən 104,4 faiz təşkil edib. Bu ilin oktyabrında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma uzun düyünün, qarabaşaq yarmasının, makaronun, toyuq ətinin, xamanın, brınza pendirinin, günəbaxan yağının, portağalın, bananın, qozun, fındığın, xiyarın, pomidorun, bibərin, badımcanın, yerkökünün, çuğundurun, kartofun, soğanın, şəkər və şəkər tozunun, şokoladlı konfetlərin, ucuzlaşma isə əsasən təzə balığın, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, kivinin, kələmin, balqabağın, göy lobyanın, sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Cari ilin oktyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, ötən ilin oktyabrına nisbətən 101,4 faiz təşkil edib. Oktyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100 faiz, keçən ilin oktyabrına nisbətən 100,3 faiz olub.
Anar
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























