"Azəri-Çıraq-Günəşli neft yataqları bloku və Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri istifadəyə veriuldikdən sonra Azərbaycanın beynəlxalq aləmdə əhəmiyyəti daha da artıb".
Oxuməni.az xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov onlayn keçirilən Bakı Beynəlxalq Enerji Xartiyası Forumunda bildirib.
O, həmin layihələr hesabına xaricə satılmış neft və qazın həcmini açıqlayıb: "Bu günə qədər 560 mln barel Azərbaycan nefti, 7 mlrd kubmetr qaz ixrac edilib. Bu ilin əvvəlindən isə Azərbaycan qazı Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropa bazarına çıxarılıb".
Nazir qeyd edib ki, Azərbaycan tərəfi energetika sahəsində "ağıllı" texnologiyaların tətbiqində maraqlıdır və bu sahədə addımlar atır: "Biz öhdəlik götürmüşük ki, 2030-cu ilə qədər atmosferə atılan istixana qazlarının həcmi 35% azaltmalıyıq. Həmçinin energetika sistemindəki itkilərin azaldılması üçün də ciddi addımlar atırıq. Hazırda bu sahədə iki qanun layihəsi qəbul olunub ki, onlar da beynəlxalq təşkilatların dəstəyi ilə baş verib. Biz elə etməliyik ki, bu sahədə azad rəqabət mühiti formalaşsın".
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































