Ermənistan ordusunun hərbi cinayətlər törədərək Azərbaycanın dinc yaşayış məntəqələrini, mülki infrastrukturunu, döyüş bölgəsindən kənar ərazilərini raketlərdən atəşə tutması bir çox xarici şirkətlərin öz əməkdaşlarını geri çağırmasına səbəb olub. O cümlədən döyüşlər başlamazdan bir həftə əvvəl əsaslı təmirə dayanan və ölkənin üçüncü böyük elektrik stansiyası olan 525 meqavatlıq "Sumqayıt" Elektrik Stansiyasında xarici şirkətlərin nümayəndələri döyüş bölgəsindən kənara raketlər atılan gündən işi yarımçıq qoyub vətənlərinə qayıdıblar.
Oxuməni.az xəbər verir ki, bu barədə "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat Mərkəzinin rəhbəri Teymur Abdullayev bildirib.
O, xatırladıb ki, "Sumqayıt" Elektrik Stansiyasını 2009-ci ildə tikib təhvil verən SİEMENS şirkəti uzunmüddətli servis müqaviləsinə əsasən stansiyanı əsaslı təmir etməyi üzərinə götürmüşdü. Lakin xarici şirkətlərin getməsinə baxmayaraq "Azərenerji"nin yerli mütəxəssisləri bütün güclərini səfərbər edərək əsaslı təmirə saxlanan "Sumqayıt" Elektrik Stansiyasında işi dayandırmayıb və öz gücləri ilə yorulmadan təmiri davam etdirirlər.

Belə ki, hazırda qaz və buxar turbinlərinin əsaslı təmirləri davam edir, generatorlarda təftiş, sınaq və təmir işləri yekunlaşmaq üzrədir. Sahil nasosxanasında yeni suqəbuledici nasosxanaların sınaq işləri aparılır. Ümumilikdə isə bütün əsas və köməkçi avadanlıqlar təmir edilir, texniki xidmət göstərilir sınaqdan keçirilir.
Bundan başqa, Xəzər dənizində son on ildə suyun səviyyəsinin 1,5 metrə qədər aşağı düşməsi "Sumqayıt" Elektrik Stansiyasının işini dayandırmaq təhlükəsi ilə üzləşdirdyindən Xəzər dənizinin içərisinə doğru, 5 metr dərinlikdən soyuq suyun götürülməsinə imkan verən 750 metr məsafədə estakadanın və yeni su nasos stansiyasının tikintisi də tamamlanmaqdadır.
"Artıq estakadada işlər başa çatıb, yeni tikilən sahil nasosxanasında isə sınaq işləri aparılır. Bununla da MDB məkanında ilk dəfə olaraq soyutma suyunun kaskad vasitəsi ilə sakitləşdirici kanala, oradan isə stansiyaya ötürülməsi sistemi yaradılacaq. Bir sözlə xarici mütəxəssislər ölkəni tərk etməsinə baxmayaraq yerli mütəxəssislərimiz növbəli prinsip əsasında dayanmadan işləyərək "Sumqayıt" Elektrik Stansiyasında əsaslı təmir və tikinti işlərini ilin sonuna qədər yekunlaşdıracaqlar",-T.Abdullayev bildirib.
T.Abdullayev onu da deyib ki, "Azərenerji"nin arxa cəbhədə durmadan çalışan əməkdaşları ilə yanaşı 120 əməkdaşı könüllü olaraq döyüşlərə qatılıb.
Oxuməni.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































