Ölkə başçısının Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisi üçün imzaladığı sərəncama əsasən artıq agentlik tərəfindən müvafiq işlərə başlanılıb.
Oxuməni.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, ətrafda yaşayan, o cümlədən sözügedən kəsişmədən istifadə edən vətəndaşların təhlükəsizliyini təmin etmək üçün dəmiryolu xəttinin altından yeni avtomobil tunelinin inşası nəzərdə tutulur. Yeni tunelin qapalı hissəsinin uzunluğu isə 30 metr olmaqla açıq hissəsi (yanaşma yollar) ilə birgə ümumi uzunluğu 420 metr təşkil edəcək. Avtomobil tuneli hər birinin eni 4 metr olan 2 hərəkət zolağından ibarət olacaq. Yeni tunelin qapalı hissəsinin ümumi eni isə 11 metr olacaq.
Tunel boyu hər bir istiqamət üzrə 120 və 150 metr uzunluğunda yan yolların və piyada səkilərinin inşası da layihə üzrə görüləcək işlərdəndir.
Hal-hazırda tikinti ərazisində torpaq işlərinə başlanılıb, yolun genişləndirilməsi üçün söküntü və kommunikasiya xətlərinin köçürülməsi, həmçinin svayların vurulması üzrə işlər icra olunur.
Qeyd edək ki, əvvəllər bu ərazidə avtomobil yolu ilə dəmir yolunun kəsişməsi bütün hərəkət iştirakçısı üçün təhlükəli vəziyyət yaradırdı. Yeni tunel istifadəyə verildikdən sonra isə avtonəqliyyat vasitələri dəmir yolu xəttini kəsib keçmədən rahat şəkildə öz yollarına davam edə biləcəklər.
Oxuməni.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir



















.jpg)
.jpg)










.jpg)























