Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi magistral avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yerləşən mövcud dəmiryolu körpüsünün söküntü işləri başa çatıb.
Oxuməni.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli mətbuata açıqlamasında məlumat verib. O bildirib ki, ərazidə yeni dəmiryolu körpüsünün inşası işlərinə start verilib:
"Artıq yeni körpünün dəmir konstruksiyalı dayaqları quraşdırılıb. Qısa müddət ərzində işlərin yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və zəruri texnika cəlb edilib. Körpünün inşası bu ilin noyabr ayında başa çatdırılacaq".
Qeyd edək ki, mövcud dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün köhnə körpünün sökülərək əvəzinə yeni biraşırımlı tağlı dəmiryolu körpüsünün inşa edilməsi ilə bağlı qərar qəbul edilib. Körpünün uzunluğu 68.5 metr, eni isə 12.7 metr təşkil edəcək.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































