Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də mühüm nailiyyətlər qazanıb. Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən ardıcıl tapşırıqların verilməsi bu sahənin dayanıqlılığını təmin etməkdədir. 2011-ci il 21 dekabr tarixli Fərmanla Sumqayıt Kimya Sənaye Parkının yaradılması Sumqayıtı nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqazda ikinci sənaye mərkəzinə çevirdi.
Oxuməni.az-ın verdiyi xəbərə görə, bu sözləri Milli Məclisin deputatı Məzahir Əfəndiyev Azərtac-a açıqlamasında deyib.
Deputat bildirib: "2019-2020–ci illərdə Sumqayıt Kimya Sənaye Parkında bir milyard manatdan artıq məhsul istehsal edilib ki, bunların da təqribən 33 faizi ixrac olunub. Bu da öz növbəsində Sumqayıt Kimya Sənaye Parkının Azərbaycan iqtisadiyyatında xüsusi yerinin olmasının bariz nümunəsidir.
Hazırda parkın ərazisində fəaliyyət göstərən müəssisələrdə altı minə yaxın insanın daimi işlə təmin olunması sosial sahədə də rifahın yaxşılaşmasına kömək göstərir".
"Nəzərə alsaq ki, iqtisadi siyasətin əsas hədəfi ölkədaxili tələbatın yerli istehsal hesabına təmin olunmasını, habelə Azərbaycan istehsallı məhsulların ixracını təşkil etmək, Azərbaycan brendinin dünya bazarlarında yer tutmasıdır, bu halda atılmış addımların müsbət nəticələrini yaxın vaxtlarda görəcəyik", - deyə M.Əfəndiyev qeyd edib.
"Prezident İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkında Peşə Təhsil Mərkəzinin açılışında iştirakı bir daha onu göstərir ki, iqtisadi subyektlərin fəaliyyətində peşəkar kadrların hazırlanmasında, müasir, innovativ yanaşmaların öyrənilməsində bu tədris müəssisəsinin xüsusi təsiri olacaq", - deyən deputat bildirib ki, eyni zamanda, burada yeni iş yerlərinin yaradılması, gənc nəslin xüsusi peşələrə sahiblənərək özlərinə asanlıqla konkret iş tapması Azərbaycan vətəndaşının həyat şəraitinə müsbət təsir göstərəcək".
Zaur
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































