Dünyanın ən böyük sərinləşdirici içki istehsalçısı olan Koka-Kola şirkətinin məhsullarını Azərbaycanda istehsalını, distribütorluğu və satışını həyata keçirən Azərbaycan Koka-Kola Bottlers MMC-nin yeni Baş Direktoru vəzifəsinə Rəna Məmmədova təyin edilib.
Oxuməni.az xəbər verir ki, o, sentyabrın 1-dən yeni vəzifəsinin icrasına başlayıb.
"Azərbaycan Koka-Kola Bottlers" Türkiyənin Anadolu Qrupuna daxil olan və Yaxın Şərq, Qafqaz və Orta Asiya regionunun 10 ölkəsində Koka-Kola şirkətinin məhsullarını istehsal və satışını həyata keçirən Koka-Kola İçəcək (CCİ) şirkətinin bir hissəsidir. Koka-Kola İçecek" şirkətinin Azərbaycanda əvvəlki rəhbəri Hasan Ellialtı isə "Coca-Cola İçecek" Türkiyə ofisinin Baş Direktoru təyin edilib.
Ölkənin qida sənayesində 30 illik təcrübəyə malik Rəna xanım 1996-cı ildən Koka-Kola İçəcək" şirkətində Keyfiyyətə Nəzarət Meneceri vəzifəsində işə başlayıb və bu müddət ərzində bir sıra rəhbər vəzifələrə təyin edilib. 2018-ci ildən Koka-Kola-nın Azərbaycan və Türkmənistan ölkələrinin Təchizat Sistemləri Direktoru vəzifəsində çalışıraq istehsal, keyfiyyətə nəzarət, planlaşdırma və satın alma, distribütorluq, texniki dəstək, optimallaşdırma kimi təchizat zənciri proseslərinə rəhbərlik edib. Koka-Kola Sisteminin ən uğurlu qadın rəhbərlərindən olan Rəna Məmmədova Bakı Dövlət Universitində mikrobiologiya ixtisaası üzrə bakalavr və magistr təhsili alıb, Biologiya üzrə Fəlsəfə Doktorudur.
Oxuməni.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir




















.jpg)
.jpg)










.jpg)






















