Naxçıvan Muxtar Respublikasında 69 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb

Naxçıvan Muxtar Respublikasında 69 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında sahibkarlara 18,87 mln. manatdan çox kredit verilib ki, bunun da 11,33 mln. manatdan çoxu yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 7,54 mln. manatdan çoxu isə fərdi sahibkarlığın inkişafına sərf olunub.

Oxuməni.az-ın verdiyi xəbərə görə, dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 69 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, 624 nəfər ailə üzvü olan 133 aztəminatlı ailənin özünüməşğulluğu təmin edilib.

Ümumilikdə, muxtar respublikada cari ilin ilk yarım illiyində 638 yeni iş yeri açılıb. Dövlət sektorunda çalışanların sayı iqtisadiyyatda çalışanların ümumi sayının 15,2%-nı təşkil edib.

Hesabat dövründə Naxçıvanda muzdla işləyənlərin sayı 96,5 min nəfər təşkil edib ki, bunun da 37,9 min nəfəri dövlət sektorunda, 58,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Cari ilin birinci yarısında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 524,8 manat təşkil edib. Ən yüksək orta aylıq əməkhaqqı göstəricisi maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və icbari sosial təminat, topdan və pərakəndə ticarət sahələrində çalışan işçilərdə qeydə alınıb.

Anar

Oxuməni.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az