Dünyanın ən varlı insanı, "Amazon" kompaniyasının rəhbəri Ceff Bezos varidatı 200 milyard dolları keçən ilk milyarder kimi tarixə düşüb.
Bu barədə "Forbes" jurnalının tərtib etdiyi və real vaxtda milyarderlərin varidatını izləyən "Forbes Real-Time" xəbər verir.
Bununla yanaşı qeyd edilir ki, Ceff Bezos bu göstəricidə möhkəmlənə bilməyib və hazırda onun varidatı 199,7 milyard dollar təşkil edir. Lakin hətta bu qiymətləndirmə belə onun üçün yeni rekorddur – iyul ayının əvvəlindən bu yana "Amazon" kompaniyasının sahibinin varidatı daim artır.
Ceff Bezos bu göstəriciyə "Amazon" aksiyalarının bahalaşması nəticəsində nail olub. Avqustun 25-nə olan məlumata əsasən, kompaniyanın aksiyası 1,18 faiz bahalaşaraq 3346,49 dollara, kapitallaşması isə 1,68 trilyon dollara çatıb. "Amazon" aksiyalarının 11,1 faizi Ceff Bezosa məxsusdur və o, 2017-ci ildən "Forbes" jurnalının dünyanın ən varlı insanları reytinqinə başçılıq edir.
Qeyd edək ki, dünyanın ən iri online-reiteylerlərindən biri olan "Amazon" kompaniyası ABŞ-la yanaşı Çin, Braziliya, Yaponiya, həmçinin Avropa ölkələrində fəaliyyət göstərir. "Amazon.com" internet mağazası 1995-ci ilin iyul ayından fəaliyyətə başlayıb.
Oxuməni.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir























.jpg)
.jpg)










.jpg)



















