Milli Televiziya və Radio Şurası bəyanat yayıb.
Oxuməni.az xəbər verir ki, bəyanatda deyilir:
"Bəzi informasiya saytlarında Lider TV kanalının kabel yayımının dayandırılması və kabel operatorlarının paketlərində həmin kanalın əvəzinə APA TV kanalının yayımlanacağı barədə məlumatlar yayılıb.
Milli Televiziya və Radio Şurası olaraq bildiririk ki, Lider TV və Radio-Azərbaycan MMC-nin müflis elan olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığından Lider TV kanalının lisenziyası qüvvədədir və kanal fəaliyyətini davam etdirir. Açıq yerüstü yayımda olan bütün ümümölkə kanalları kimi Lider TV kanalı da bütün kabel operatorları vasitəsilə yayımlanır. Milli Televiziya və Radio Şurasının qərarı olmadan həmin kanalın kabel şəbəkələri vasitəsilə yayımının dayandırılması və həmin kanal əvəzinə APA TV və ya Baku TV kimi internet televiziya kanallarının kabel şəbəkəsi vasitəsilə yayımlanması barədə xəbərlər həqiqəti əks etdirmir.
Qeyd olunmalıdır ki, APA TV və Baku TV kimi internet televiziya kanalları açıq yerüstü yayımda olmadığından onların kabel operatorlarının paketlərində yayımlanması qadağandır.
İnformasiya saytlarının redaktorlarından xahiş olunur ki, bu kimi məlumatları paylaşmamışdan qabaq televiziya və radio yayımı sahəsində tənzimləyici orqan olan Milli Televiziya və Radio Şurasından dəqiq informasiya əldə etsinlər".
Oxuməni.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir























.jpg)
.jpg)










.jpg)



















