MİDA sentyabrın 10-da mənzillərin onlayn satışını elan edib

MİDA  sentyabrın 10-da  mənzillərin onlayn satışını elan edib

MİDA 10 sentyabr 2020-ci il tarixində yenidən mənzillərin onlayn satışını elan edib. Bu məqsədlə "Güzəştli mənzil" elektron sisteminin DEMO versiyasını (sınaq versiyasını) istifadəyə verib. DEMO versiya 2020-ci il sentyabrın 9-u saat 00:00-dək aktiv olacaq. Sistem vasitəsilə aparılan əməliyyatlar hər gün bəlli vaxtlarda yenilənərək sıfırlanacaq.

Oxuməni.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Güzəştli mənzil və Kirayə mənzil dövlət layihələri haqqında danışarkən deyib.

O bildirib ki, layihələrdə uduş şansını yüksəltmək üçün tövsiyələrini verib:

"İlk olaraq kompüterdən və internetdən sürətli istifadə bacarığının olması əhəmiyyət kəsb edir. Normal, dayanıqlı internet və işlək vəziyyətdə olan kompüter tövsiyə olunur. İnternetin yüksək sürətdə olması ciddi əhəmiyyət kəsb etmir, sadəcə kəsilməz olmalıdır. DEMO versiyada daha çox test etmək tövsiyə olunur. Satışdan bir neçə saat əvvəl "Elektron hökumət" portalı üzərindən "Güzəştli mənzil" sisteminə daxil olmaq (Elektron İmza və ASAN imza qaydasında olmalıdır), CAPTCHA –da simvolları daha sürətli daxil etməyə hazır olmaq lazımdır. Digər istifadəçinin də köməyindən istifadə etmək olar. Uduş əldə edənlərlə əlaqə saxlayıb kompüterdə işləyərkən istifadə etdikləri metodları nəzərdən keçirmək də faydalı ola bilər. DEMO-da seçim edənlərin öz seçim proseslərinin videosunu çəkib digərləri ilə müqayisə etməsi də faydalıdır".

Osman Gündüz mənzillərin satmaq öhdəliyi ilə kirayə verilməsi haqqında danışarkən bildirib ki, İpoteka və Kredit Zəmanət Fondu indiyədək cəmi 213 mənzili kirayə verə bilib.

Oxuməni.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az