SOCAR 2008-ci ildən indiyədək Türkiyəyə 16,5 mlrd. ABŞ dollarına yaxın sərmayə qoyub.
Oxuməni.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə "SOCAR Turkey"in Xarici əlaqələr üzrə rəhbəri Murat LeKompte (Murat LeCompte) deyib.
Onun sözlərinə görə, SOCAR-ın Türkiyəyə sərmayələri 2008-ci ildən "Petkim" neft-kimya kompleksinin özəlləşdirilməsi ilə başlayıb. Özəlləşdirilmədən sonra indiyədək "Petkim"ə (texniki və digər yenidənqurma işlərinə) 1 mlrd. dollara yaxın sərmayə yönəldilib.
M.LeKomptenin sözlərinə görə, SOCAR Türkiyədə həyata keçirdiyi layihələrə sərmayə qoymağa davam edəcək. Bunların sırasına 2018-ci ildə istifadəyə verilmiş STAR neft emalı zavodunda aparılan əlavə saxlama imkanlarının artırılmasına və digər texniki məsələlərə yönəldiləcək əlavə sərmayələr də daxildir. STAR neft emalı zavodunun tikintisinin dəyəri 6,3 mlrd. dollar təşkil edib, bu və gələn il ediləcək əlavə sərmayələrlə bu rəqəm 7 mlrd. dollara çatacaq.
Öncədən açıqlanan investisiyalar təqviminə əsasən SOCAR-ın Türkiyəyə sərmayələrinin həcmi 19,5 mlrd. dollara çatacaq.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































