Aİ iqtisadi azalma proqnozlarını açıqlayıb

Aİ iqtisadi azalma proqnozlarını açıqlayıb

Avropa İttifaqı (Aİ) Komissiyası koronavirus pandemiyasının təsiri ilə bu il bölgə iqtisadiyyatının 8,3% kiçiləcəyini, gələn il isə 5,8% böyüyəcəyini proqnozlaşdırır.

Oxuməni.az xəbər verir ki, bu barədə Komissiyanın "2020 Yay İqtisadi Proqnozları" adlı hesabatında bildirilir.

Sənədə əsasən, bu il Aİ ölkələri arasında Almaniyada 6,3%, Fransada 10,6%, İtaliyada 11,2%, İspaniyada isə 10,9% iqtisadi azalma gözlənilir.

Bundan başqa, hesabatda deyilir ki, bu il Aİ-də illik inflyasiya 0,6%, avrozonada isə 0,3% təşkil edəcək.

"Pandemiya Avropa iqtisadiyyatına gözləniləndən daha ağır təsir etdi. Proses hələ də qeyri-müəyyənliklərlə doludur və risklər davam edir", - Aİ-nin İqtisadiyyat üzrə komissarı Paolo Gentiloni bildirib.

Oxuməni.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az