Dünyanın ən varlı adamı – "Amazon" şirkətinin rəhbəri Ceff Bezosun sərvəti tarixi rekorda - 171,6 milyard ABŞ dolları səviyyəsinə yüksəlib.
Oxuməni.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi öz hesablaması olan "Bloomberg Billionaires Index" (BBI) reytinqinə istinadən məlumat verib.
Beləliklə, 2018-ci il sentyabrın 4-də edilmiş əvvəlki rekord (167,7 milyard ABŞ dolları) yenilənib.
Agentlik qeyd edir ki, yeni rekord "Amazon"un səhmlərinin qiymətindəki artım sayəsində mümkün olub: çərşənbə gününün nəticələrinə əsasən, səhmlərin dəyəri 4.4% artaraq rekord həddə - 2 878,7 ABŞ dollarına çatıb.
İlin birinci yarısında Bezosun sərvəti 56,7 milyard ABŞ dolları artıb. "Bloomberg" yazır ki, cari vəziyyət "Böyük depressiya" dövründən bəri baş verən ən pis iqtisadi böhran dövründə ABŞ-da insanların rifah halındakı artan fərqi açıq şəkildə göstərir.
May ayında kiçik biznes üçün konsaltinq şirkəti olan "Comparisun" Bezosun artıq 2026-cı ildə sərvəti trilyon dolları aşacaq ilk şəxs olmaq üçün hər cür şansa malik olduğunu açıqlamışdı. "Forbes" jurnalının aprelin əvvəlində nəşr olunan sayında Bezosun artıq üçüncü ildir dünyanın ən varlı adamı olduğu göstərilib.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































