Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz boru kəməri (TAP) üzrə konsorsium bu ilin iyunun 22-dək rəsmi internet səhifəsində kompressor stansiyalarını yanacaqla təmin edilməsi də daxil olmaqla istismar fəaliyyəti üçün tələb olunan qazın alınmasına dair tender elan etmək niyyətindədir.
Konsorsiumdan verilən məlumata görə, tenderdə iştirak üçün dəvətdə tender prosesinin şərtləri açıqlanacaq. Bu tender 2020-ci ilin IV rübündə planlaşdırılan ticarət əməliyyatları mərhələsinin başlaması çərçivəsində həyata keçirilir.
Məlumata əsasən, qazın tədarükü TAP üzrə kommersiya əməliyyatlarının başlanmasından 2021-ci ilin sentyabrın 30-dək dövrü əhatə edir.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.
Azərbaycan qazının Avropaya 2020-ci ilin axırına kimi çatdırılacağı nəzərdə tutulur. Aprel ayının axırına olan məlumata əsasən, kəmərin inşa işləri 95,1% yekunlaşıb.
Oxuməni.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















