OPEC+ iclasının iyun ayının 10-dan 4-nə keçirilməsinə qarşı çıxan olmadığı üçün bununla bağlı qərar elə bu gün verilə bilər.
Oxuməni.az "TASS"a istinadən xəbər verir ki, OPEC-dəki mənbələrin fikrincə, bu təşkilatın üzv ölkələri neft hasilatını bu aydan sonrakı dövrdə də azaltmaqla bağlı razılığa gəlməlidir. Belə ki, ilkin olaraq Yaxın Şərq ölkələri hasilatın may – iyun ayları üçün razılaşdırılmış maksimum ixtisarını ilin sonunadək uzatmağı təklif etsələr də, Rusiya bununla razılaşmayıb və hazırda həmin müddətin üç ay uzatmaq variantı daha çox gündəmə gətirilir.
Başqa bir mənbənin dediyinə görə, iclasın vaxtını dəyişdirməklə bağlı son qərar hasilatla bağlı razılaşmanın may ayında icrasına dair yekunlar bəlli olandan sonra verilməlidir.
Digər mənbənin fikrincə isə həmin yekunlar artıq bu gün bəlli olacağı üçün görüş vaxtı da bu gün dəyişdiriləcək.
Xatırladaq ki, aprelin 12-də OPEC+ iştirakçıları hasilatın may-iyun aylarında gündəlik 9,7 milyon barel, ilin ikinci yarısında 7,7 milyon barel və 2021-ci ildən 2022-ci il aprel ayının sonuna qədər 5,8 milyon barel azaldılmasına razılıq verib. OPEC+ ölkələri iyunun 9-10-da videokonfrans rejimində bazardakı vəziyyəti və sazişin ilk nəticələrini müzakirə etməyi nəzərdə tuturdu.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































