Əlcəzairin Energetika naziri Məhəmməd Arkab OPEC+ üzvlərinə alyansın növbəti iclasının iyunun 4-nə çəkilməsini təklif edib.
Bu barədə Oxuməni.az "Reuters"ə istinadən xəbər verir.
Daha əvvəl iclasın iyunun 9-10-da keçirilməsi planlaşdırılmışdı.
Məhəmməd Arkab təşkilata ünvanladığı məktubda bəzi nazirlərlə görüşdüyünü açıqlayıb.
Onun fikrincə, görüşün vaxtının əvvələ çəkilməsi tələbatdan asılı olaraq, ənənəvi alıcılar arasında neftin paylanmasına kömək edəcək.
Xatırladaq ki, OPEC+ sazişinin müddətinin uzadılmamasından sonra martda neftə qlobal tələbat azalıb. "Brent" markalı neftin qiyməti son 20 ilin minimumuna düşüb, WTI markalı neftin qiyməti tarixdə ilk dəfə mənfi göstəricilərə çatıb. Aprel ayında bazar vəziyyətini sabitləşdirmək üçün OPEC+ üzvü olan ölkələr neft hasilatının rekord dərəcədə azaldılması barədə razılığa gəliblər.
Oxuməni.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















