30 nömrəli marşrut xətti üzrə 12 metrlik avtobuslar xidmət göstərəcək

30 nömrəli marşrut xətti üzrə  12 metrlik avtobuslar xidmət göstərəcək

Sabahdan 30 nömrəli marşrut xətti üzrə sərnişindaşımada ekoloji baxımdan təmiz, Avro 6 standartlarına cavab verən 12 metrlik avtobuslar xidmət göstərəcək.

Oxuməni.az-a Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Transkontrol MMC-nin müvəqqəti istismarında olan 30 nömrəli müntəzəm marşrut xəttinin ("Neftçilər" m/st-Səməd Vurğun bağı) fəaliyyəti nəzarətə götürülüb.

Keçirilən monitorinqlər nəticəsində Transkontrol MMC-nin fəaliyyətinin sərnişindaşıma qaydalarına zidd olması, qanunvericiliyin tələblərinin pozulması halları qeydə alınıb.

Xidmətin keyfiyyətinin artırılması məqsədi ilə 30 nömrəli marşrut müsabiqəyə çıxarılaraq, xətt üzrə sərnişindaşımaları BakıBus MMC-yə həvalə olunub.

Sabahdan şikayət daxil olan 30 nömrəli xətt üzrə hərəkət edən marşrutlar ekoloji baxımdan təmiz, Avro 6 standartlarına cavab verən 12 metrlik avtobuslarla əvəz ediləcək.

Oxuməni.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.25

2026.10.24

2026.10.23

Bakıda binada uçqun oldu Bakıda binada uçqun oldu 23 Oktyabr 12:23

2026.10.22

2026.10.21

2026.10.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az