İstismara veriləndən bu il mayın 1-dək "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarından 538,7 milyon ton neft (kondensatla birlikdə), 81,6 milyard kubmetr təbii qaz ixraca nəql olunub.
Bu barədə Oxuməni.az-a Energetika Nazirliyindən bildirilib.
AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP 30,37 faiz, "AzAÇG" (SOCAR) 25 faiz, MOL 9,57 faiz (bu il aprelin 16-dan "Chevron" şirkətini əvəz edib), "Inpex" 9,31 faiz, "Equinor" 7,27 faiz, "ExxonMobil" 6,79 faiz, "TPAO" 5,73 faiz, "Itochu" 3,65 faiz və "ONGC Videsh Limited" (OVL) 2,31 faiz.
Xatırladaq ki, 2017-ci il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıb. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həmin il oktyabrın 31-də ratifikasiya olunub.
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından "BP Exploration (Caspian Sea) Limited" şirkəti operatordur.
"Şahdəniz"də iştirak payları belədir: BP (operator) 28,8 faiz, "AzŞD" 10 faiz, "SGC Upstream" 6,7 faiz, "Petronas" 15,5 faiz, "LUKoil" 10 faiz, "NICO" 10 faiz və "TPAO" 19 faiz.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































