Böyük Britaniya yeni tarif rejimi tətbiq edir

Böyük Britaniya yeni tarif rejimi tətbiq edir

Böyük Britaniya hökuməti "UK Global Tariff" (UKGT; Böyük Britaniya Global Tarif) adlı MFN (Most Favored Nation – Ən İmtiyazlı Ölkə) şərtli yeni tarif rejiminə keçəcəklərini elan edib.

Oxuməni.az xəbər verir ki, ölkənin Avropa İttifaqı üzvlüyündən çəkilməsilə bağlı keçid dövrünün başa çatacağı 1 yanvar 2021-ci il tarixində Avropa İttifaqının (Aİ) Müştərək Xarici Tarifini əvəzləyəcək, hesablamaların avro yox, funtla aparılacağı yeni tarif sistemi sahibkarlar üçün idxal fəaliyyətlərin asanlaşdırılmasını və daha sərfəli hala gətirilməsini nəzərdə tutur. Belə ki, yeni tariflər əvvəlki Aİ tarifindən aşağı və daha rahat olmaqla həmçinin ticarət üçün qırmızı zolaq və digər inzibati əngəlləri aradan qaldırmağa, vergi yükünü yüngülləşdirməyə, istehlakçılar üçün seçim imkanlarını genişləndirməyə, bununla da ölkə sənaye müəssisələrinin dünya səviyyəsində rəqabətcilliyini bərpa etməyə yönəlib. Bütövlükdə 6 minədək tarif xəttinin daha əlverişli hala gətirilməsi nəzərdə tutulur.

Beynəlxalq ticarət dövlət katibi Liz Trass yeni sistemi şərh edərək deyib:

"Son 50 ildə ilk dəfədir Böyük Britaniya iqtrisadiyyatına uyğunlaşdırılmış öz tarif sistemimizi tətbiq edə bildik. Yeni UKGT ölkə istehlakçıları və ev sahibləri üçün qırmızı zolağı dəf edərək minlərlə gündəlik məhsulu daha əlverişli qiymətə əldə etməyə imkan qazandıracaq. Bu bəsit addımlarla biz sənayemizə sahib çıxır, sahibkarlıq qurumlarına koronavirusun gətirdiyi misilsiz iqtisadi çətinliklərin öhdəsindən gəlməyə kömək oluruq".

Xatırladaq ki, Böyük Britaniya Avropa İttifaqındakı 47 il davam edən üzvlüyündən bu ilin 31 yanvar tarixində çıxdı. Dekabrın 31-dək davam edəcək keçid dövrü ərzində sonrakı əməkldaşlığın şərtləri, ilk növbədə sərbəst ticarət sazişi razılaşdırılmalıdır.

Oxuməni.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az