Bu ilin yanvar-aprel aylarında Avropa İttifaqında (Aİ) yeni avtomobillərin satışı 38,5% azalaraq 2,75 mln. ədədə enib.
Oxuməni.az-ın Avropa Avtomobil İstehsalçıları Birliyinə istinadən verdiyi məlumata görə, aprel ayında bu göstərici illik ifadədə 4,2 dəfə azalıb.
"Belə bir azalma ilk dəfə pandemiya səbəbindən baş verib. İtaliya və İspaniya koronavirusdan ən çox əziyyət çəkən ölkələr olub və bu, bütövlükdə iqtisadiyyata və avtomobillərin satışına mənfi təsir edib", - Birliyin məlumatında deyilir.
Məlumatda həmçinin qeyd olunub ki, aprel ayında İtaliyada yeni avtomobillərin qeydiyyatı 41 dəfə, İspaniyada isə 28,7 dəfə azalıb.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































