Sinqapur, Avstraliya, Kanada, Cənubi Koreya və Yeni Zelandiya hökumətləri transsərhəd səyahətləri bərpa etməyə razılıq verib.
Mediainfo.az "The Straits Times"a istinadən xəbər verir ki, bu razılaşmalar ötən həftənin cümə günü adıçəkilən ölkələrin ticarət nazirlərinin videokonfransı zamanı əldə olunub.
"Bu təşəbbüslər bizə yalnız koronavirus pandemiyası ilə əlaqəli problemlərin öhdəsindən gəlməyə kömək etməyəcək, həm də vəziyyət sabitləşən kimi qısa zamanda bərpa olunmağımıza imkan verəcək", - Sinqapurun Ticarət və Sənaye naziri Çan Çun Sina deyib.
Nümayəndə heyətləri başçıları arasındakı çoxtərəfli danışıqların yekununda yayımlanan bəyanatda insanların sərbəst hərəkəti, mal və xidmətlərin hərəkəti ilə bağlı qaydaları yumşaltmaq üçün fəaliyyət planları müəyyən edilib. Tərəflər gömrük prosedurlarının sürətləndirilməsi və ərzaq və dərman kimi mallara ixrac məhdudiyyətlərinin qoyulmaması, həmçinin logistika və tədarük zəncirinin rəvan işləməsi barədə razılığa gəliblər.
Nazirlər həmçinin koronavirusun ticarət və investisiyaya təsirini minimuma endirməyə və pandemiyadan sonra iqtisadi canlanmaya kömək edəcəklərinə dair vədlər veriblər. Onların fikrincə, bunun üçün Ümumdünya Ticarət Təşkilatı ilə sıx əməkdaşlıq və qabaqcıl təcrübənin mübadiləsi qurulmalı, habelə özəl sektorla məsləhətləşmələr aparılmalıdır.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































