Bağlanan banklardakı əmanətlərin qaytarılmasına bu ayın sonundan başlanılacaq.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə mayın 1-də keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
"Qanunvericilikdə bu müddət 3 ay nəzərdə tutulsa da, mayın sonundan "Amrah Bank" və "Atabank"da qalan əmanətlərin qaytarılmasına başlanılacaq", - deyə E.Rüstəmov qeyd edib.
Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 2020-ci il 27 aprel tarixli müvafiq qərarları ilə "Atabank" ASC, "AGBank" ASC, "NBCBank" ASC və "Amrah Bank" ASC-ə müvəqqəti inzibatçılar təyin edilib. Aprelin 28-də həmin banklardan ikisinin - "AtaBank" ASC-nin və "Amrah Bank" ASC-nin lisenziyaları ləğv olunub.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































