"Yeni vergi güzəştlərinin tətbiqi iqtisadiyyatın leqallaşdırılması, daha liberal iqtisadiyyatın formalaşması və bu kontekstdən postpandemiya dövründə yeni iqtisadi modelin tətbiq ediləcəyindən xəbər verir".
Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Millət vəkili vergi güzəştlərinin mahiyyətini və əhəmiyyətini belə izah edib: "Azərbaycan hökuməti tərəfindən təsis edilən iqtisadi paket həm pandemiya, həm də postpandemiya dövründə sahibkarların dəstəklənməsini nəzərdə tutur. Bu baxımdan vergi güzəştlərinin təklif olunması sahibkarların həm xərclərini minimallaşdırmaq, həm də iqtisadi aktivliyi daha qısa zamanda bərpa etmək imkanı verəcək. Güzəştlər mikro müəssisələr daxil olmaqla praktik olaraq bütün sahibkarlıq subyektlərini əhatə edir. Sadələşdirilmiş vergi subyektləri üzrə faiz dərəcələrinin iki dəfə azaldılması həyata keçirilir. Həm də sahibkarlar üçün mənfəət və gəlir vergisindən 75%-lik güzəşt tətbiq edilir. Digər tərəfdən torpaq və əmlak vergisində olan güzəştləri qeyd etməliyik. Güzəştlərin strukturuna və miqyasına nəzər yetirən zaman əyani şəkildə qeyd etmək olar ki, bu güzəştlər sahibkarların öz fəaliyyətlərini daha qısa zamanda postpandemiya dövründə bərpa etməsinə imkan verəcək.
Məqsəd iqtisadi aktivliyin az müddətdə əldə edilməsinə nail olmaqdan ibarətdir. Vergi güzəştləri əslində dövlətin dolayı maliyyə dəstəyini ifadə edir. Çünki bu zaman sahibkar hesabladığı vergini büdcəyə ödəmir və özünün sərəncamında saxlayır. Bu da təbii ki, onun fəaliyyətinin genişləndirilməsinə imkan yaradır. Ölkə Prezidentinin tapşırığına uyğun olaraq postpandemiya dövründə sahibkarlar dövlət dəstəyindən daha çox faydalana biləcəklər. Vergi güzəştlərinin tətbiqi iqtisadiyyatın leqallaşdırılması, daha liberal iqtisadiyyatın formalaşması və bu kontekstdən postpandemiya dövründə yeni iqtisadi modelin tətbiq ediləcəyindən xəbər verir".
Mediainfo.az
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































