Elektrik enerjisi ilə işləyəcək təyyarələr 2035-ci ilə qədər, əsasən də "kiçik aviasiya"da ərsəyə gələcək.
Mediainfo.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə müsahibəsində P.İ.Baranov adına Mərkəzi Aviasiya Mühərrikqayırma İnstitutunun (MAMİ) baş direktoru Mixail Qordin bildirib.
"Müxtəlif tədqiqatlar göstərir ki, 2035-2040-cı illərə qədər yalnız sərnişin tutumu 19 nəfərdən çox olmayan, məhdud uçuş məsafəli "kiçik aviasiya" təyyarə və helikopterləri tamamilə elektrikli olacaq. Həmçinin tutumu 4 nəfərdən çox olmayan "uçan taksilər" də tamamilə elektrik enerjisi ilə işləyəcək", - o deyib.
M.Qordinin sözlərinə görə, tamamilə elektrikli təyyarələrdə ənənəvi istilik mühərrikləri olmayacaq:
"Belə təyyarələrdə dartma yaratmaq üçün elektrik mühərriklərindən istifadə olunur. Belə güc qurğusu enerjini akkumlyatorlardan və ya yanacaq elementlərindən alır. Bu, zərərli tullantıların olmaması, habelə xidmət və etibarlılıq baxımından ideal sxemdir".
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















