Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgieva dünya ölkələrinin yarısında koronavirusun baş verdiyi böhran səbəbindən iqtisadi yardım istədiklərini açıqlayıb.
Mediainfo.az bunu xarici KİV-lərə istinadən xəbər verir.
Görülməmiş təcili vəziyyətlə qarşılaşdıqlarını bildirən BVF prezidenti Georgieva CNBC-yə, "Bu, pis idarəetmə və ya səhvlər səbəbindən baş verməyib. Ölkələrə sürətli vəsait tədarük edirik" deyib.
Kristalina Georgieva iqtisadi yardım müqabilində ölkələrdən yalnız bir istəkləri olduğunu söyləyib: "İstədiyimiz yalnız budur ki, həkimlərinizə və tibb bacılarınıza pul verin, səhiyyə sisteminizin yaxşı olduğuna əmin olun, sağlamlıq vəziyyəti kritik olanlar və ilkin tibbi yardımlar edən insanların da yaxşı qorunduğundan əmin olun".
Yanvar ayında qlobal iqtisadiyyatın 3 faiz civarında inkişaf edəcəyini təxmin edən BVF, bu proqnozu epidemiya böhranının dərinləşməsindən sonra 3 faiz 'mənfi artım' olaraq qiymətləndirdi. BVF prezidenti, baş verənlərin nəzarət altına alınacağı təqdirdə, qlobal iqtisadiyyatın 2021-ci ildə 5.8 faiz ətrafında böyüməsini gözlədiklərini söyləyib.
Bu müddətdə elm adamlarına etibar etdiklərini və məyus olmayacaqlarını ümid etdiklərini bildirən Georgieva, "Tarixdə ilk dəfə proqnozlarımızı edərkən, makroiqtisadçılar qədər epidemioloqlara da əhəmiyyət veririk" deyib.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















