"Hazırki mərhələdə koronavirusun yayılmasının qarışısını almaq üçün dövlət tərəfindən görülən zəruri tədbirlərin fermerlərin fəaliyyətinə ciddi təsiri yoxdur".
Mediainfo.az xəbər verir ki, bunu Kənd Təsərürfatı naziri İnam Kərimov bildirib.
Onun sözləirnə görə, aqrar sektorda fəaliyyət xüsusi karantin rejimi tələblərinə uyğun qurulur: "Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, rayonlardan orta və iri tonnajlı maşınlarla paytaxta, digər böyük şəhərlərə və rayonlara kənd təsərrüfatı və ərzaq məhsullarının daşınmasına icazə verilir. Fermerlər yerli icra hakimiyyəti orqanlarından aldıqları arayış əsasında məhsullarını sərbəst şəkildə paytaxt, böyük şəhərlər və rayonlara gətirib sata bilərlər. Eyni zamanda, məhsullar heç bir maneə olmadan bazarlara çıxarılır, eyni zamanda xarici ölkələrə ixrac edilir".
Xatırladaq ki, yeni koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarına uyğun olaraq, ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinə müəyyən məhdudiyyətlər tətbiq olunur.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































