COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirlərindən irəli gələrək Azərbaycan Beynəlxalq Bankı xidmət imkanlarını mövcud şəraitə uyğunlaşdırır.
ABB-dən Mediainfo.az-a verilən məlumata görə, korporativ müştərisi olan şirkətlərin əməkdaşlarının sağlamlığı qayğısına qalmaqla Bank karantin dövründə onların bank xidmətlərindən distant istifadə imkanlarını genişləndirmək məqsədilə İnternet Bank sisteminə yeni funksiyalar əlavə edib. Korporativ müştərilər indi əməkhaqqı kartlarını da banka gəlmədən İnternet Bank xidməti vasitəsilə sifariş verə bilərlər. İnternet Bank distant qaydada əmək haqqı kartlarının müddətinin uzadılması, itmiş və oğurlanmış kartların yenidən sifarişi, zərurət yarandıqda kartın bloklanması imkanı da verir.
İnternet Bank sistemi xüsusilə karantin dövründə evdən, ofisdən çıxmadan bir çox bank əməliyyatlarını da məsafədən yerinə yetirməyə şərait yaradır. Belə ki, müştərilər İnternet Bank sisteminin üstünlüklərindən faydalanaraq cari, əmanət, kredit hesablarını distant idarə edə, hesabdan çıxarışlar formalaşdıra, hesab qalıqlarını izləyə, bankdaxili və ölkədaxili köçürmələr apara bilərlər.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















