Çərşənbə günü səhər saatlarından hasilatın azaldılması üzrə yeni OPEC+ sazişinin əldə olunması ümidi ilə dünyada neft qiymətləri yüksəlir.
Mediainfo.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu baş tutan sövdələşmələrin nəticəsi sübut edir.
Belə ki, fevralın 8-i Bakı vaxtı ilə səhər saat 9-a olan məlumata görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 2,51% artaraq bir barelə görə 32,67 ABŞ dolları, WTI markalı neftin may fyuçersləri isə 5,76% artaraq 24,99 ABŞ dolları səviyyəsinə yüksəlib.
Bazar iştirakçıları OPEC+ cümə axşamı keçiriləcək iclasının mart ayının əvvəlində baş tutan görüşdən daha uğurlu olacağını gözləyirlər. OPEC+ aprelin 9-da bazarda vəziyyətin sabitləşməsi üçün neft hasilatında mümkün azalma məsələsini müzakirə etməyi planlaşdırır.
Martın əvvəlində alyansda bu cür müzakirələr uğursuzluqla yekunlaşmışdı. Nə Rusiyanın OPEC+ sazişini sadəcə uzatmaq təklifi, nə də Səudiyyə Ərəbistanının hasilatın azaldılmasını gündə daha 1,5 milyon barel "dərinləşdirmək" fikri ətrafında konsensusa gəlinməmişdi. Nəticədə saziş aprelin 1-dən qüvvədən düşüb.
OPEC+ iclasından əvvəl nikbinlik yaradan məqamlardan biri də Amerika Neft İnstitutunun (API) statistikasıdır. Belə ki, rəqəmlər ABŞ-da son bir həftə ərzində neft ehtiyatlarının 11,9 milyon barelə yüksəldiyini göstərir. ABŞ Energetika Nazirliyinin rəsmi məlumatları isə axşam dərc olunacaq. Analitiklər qurumun ehtiyatların 9,2 milyon barel artdığını bildirəcəyini güman edirlər.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















