Rusiya hökuməti ucuz benzininin daxili bazara idxalının qarşısını almaq üçün xaricdən neft məhsullarının alınmasını müvəqqəti qadağan etmək istəyir.
Mediainfo.az xəbər verir ki, bu barədə "RBC" nəşri yanacaq bazarındakı iştirakçıya istinadən məlumat yayıb. Məlumatı həmçinin, üç federal məmur da təsdiqləyib.
Qeyd olunur ki, məhdudiyyətlər aprel ayında tətbiq ediləcək. Lakin, əvvəlcə qərar şirkətlərə elan ediləcək və daha sonra qanunvericilik səviyyəsində konsolidasiya baş verəcək.
Xaricdən benzin idxalına qoyulan qadağa 2020-ci ilin sentyabr ayına qədər nəzərdə tutulub. Çünki, Rusiya Federasiyası Energetika Nazirliyinin proqnozlarına görə, bu dövrədək neftin qiymətləri aşağı olacaq.
Nəşrin məlumatına görə, Rusiya Energetika Nazirliyi oxşar təkliflə çıxış edib və təklif Baş nazirin müavini Yuri Borisov tərəfindən dəstəklənib.
Energetika naziri Aleksandr Novakın sözlərinə görə, hazırda Avropada benzinə tələbat bəzi ölkələrdə koronavirusla mübarizəyə görə təxminən 70% azalıb.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































