Trampın xarici neft üçün əlavə rüsum tətbiqi neqativ ssenaridir.
Mediainfo.az xəbər verir ki, bunu "Vzqlyad"a açıqlamasında rusiyalı iqtisadçı İqor Yuşkov deyib.
"Tramp belə çıxışlarını opponentlərinə təzyiq üçün istifadə edir. O, hər kəsə neft ixtisarı barədə razılaşmağı təklif edir ki, qiymətlər artsın. Bu, ABŞ-ın slans neft layihələri üçün vacibdir. 20-25 dollar qiymətlə slans layihəsi rentabelli deyil. ABŞ-ın neft-qaz sənayesində 10 milyondan çox adam işləyir. Seçki öncəsi Tramp işsizlərin sayının həddən artıq artmasını istəmir. Bunun üçün Tramp neft sahəsini xilas etməyə cəhd edir. Qiymətlərin artması üçün təklif artıqlığı da ortadan qalxmalıdır. Variantlardan biri də rüsum tətbiqi və bunun sayəsində ABŞ bazarını xarici neftdən təcrid etmək istəyidir. Bu zaman slans neft istehsalçıları yalnız daxili bazar üçün çalışacaqlar. Bu, ABŞ üçün ağrısız variantdır. Çünki ABŞ öz hasilatını azaltmadan "OPEK+"a daxil olacaq. Rusiya üçün Amerika bazarının bağlanması Moskvanın yeni bazar axtarması anlamına gələcək. Əgər ABŞ bazarı bağlansa, o zaman digər bütün anbarlar dolub daşacaq. Bu, neft bazarı oyunçularının istehsal həcmini azaltması məcburiyyətində qalması anlamına gələcək. Qiymət daha da aşağı düşəcək. Bu, ən neqativ variantdır", – deyə o bildirib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































