Azərbaycanın da qoşulduğu "Bir kəmər, bir yol" beynəlxalq əməkdaşlıq təşəbbüsü ilə bağlı ölkəmizin İsveçrə Konfederasiyasındakı səfirliyi tərəfindən mütəmadi işlər aparılmaqda və silsilə tədbirlər həyata keçirilməkdədir.
Mediainfo.az xəbər verir ki, səfir Xanım İbrahimova bu mövzu ilə əlaqədar İsveçrə-MDB Birgə Ticarət Palatasının direktoru Dorit Sallis və "Switzerland Global Enterprise" təşkilatının MDB regionu üzrə baş məsləhətçisi Mixael Kühn ilə görüşlər keçirib. Səfir görüşlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar sayəsində ölkəmizə daha çox xarici investisiyaların cəlbi istiqamətində iqtisadi tədbirlərin davam etdirildiyini söyləyib. O bildirib ki, Azərbaycanın sürətli iqtisadi inkişafı ölkəmizi transformasiya etməyə kömək edib, Azərbaycana yatırılan böyük həcmdə sərmayələr ölkəmizi müasirləşdirməyə və müasir infrastrukturun, o cümlədən nəqliyyat sahəsində infrastrukturun yaradılmasına töhfə verib.
X.İbrahimova "Bir kəmər, bir yol" beynəlxalq əməkdaşlıq təşəbbüsü ilə bağlı danışaraq layihənin yalnız nəqliyyat bağlılığını təmin etmədiyini, onun, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirdiyini, dialoq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət etdiyini və beynəlxalq ticarət üçün yeni imkanlar yaratdığını vurğulayıb. Səfir ölkəmizin bir neçə nəqliyyat dəhlizlərinin qovşağında mərkəz rolunu oynamaq üçün bütün lazımi infrastruktura malik olduğunu qeyd edərək həyata keçirilən "Şərq-Qərb", "Şimal-Cənub" və "Cənub-Qərb" nəqliyyat dəhlizlərinin sayəsində Azərbaycanın Asiya ilə Avropa arasındakı ticarətdə ən qısa məsafəni təmin etmək iqtidarında olduğunu söyləyib. Bundan əlavə, səfir Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, yeni salınmış avtomobil yolları və hava limanları barədə ətraflı məlumat verib.
Görüşlərin nəticəsi olaraq bu ilin sentyabrında Sürixdə keçiriləcək "Yeni İpək Yolu" strategiyasına həsr olunmuş 5-ci forum çərçivəsində səfirliyin təşkilatçılığı, həmçinin İsveçrə-MDB Birgə Ticarət Palatası və "Switzerland Global Enterprise" təşkilatı ilə birgə Azərbaycanın mühüm infrastruktur layihələri ilə bağlı tədbirin keçirilməsi təşəbbüsü ilə bağlı qərar qəbul edilib.
Həmsöhbətlər adıçəkilən təşəbbüsün İsveçrə-Azərbaycan əlaqələri nöqteyi-nəzərindən vacibliyini qeyd edib və "Bir kəmər, bir yol" beynəlxalq əməkdaşlıq layihəsi çərçivəsində Azərbaycanın rolu ilə bağlı tədbirə İsveçrənin aidiyyəti qurumlarının cəlb olunması razılaşdırılıb.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















